EN

"Mançester Yunayted"in sabiq müdafiəçisi İspaniya klubuna keçib

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Erik Bayi İspaniya təmsilçisi "Real Ovyedo"ya keçib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, azad agent kimi bu komandaya keçib.

Qeyd edək ki, Erik Bayi 2016-2023-cü illərdə "Mançester Yunayted"də 70 matçda meydanda olub. O, Türkiyədə "Beşiktaş", Fransada "Marsel", İspaniyada "Espanyol" və "Vilyarreal" klublarının da formasını geyinib.

Chosen
4
1
report.az

2Sources