EN

“Qarabağ” “Ferentsvaroş”la qarşı-qarşıya

  Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

 

Referans  xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. 

 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

 

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

 

23:00. “Ferentsvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Budapeşt, “Groupama Arena”  

Chosen
18
9
referans.az

10Sources