EN

Mikrofonun açıq qalmasından xəbərsiz olan Tramp Putindən danışdı

Mikrofonun açıq qalmasından xəbərsiz olan ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Zelenski və avropalı siyasilərlə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putindən danışıb.

News24.az xəbər verir ki, bütün iştirakçılar masaya yaxınlaşıb oturmağa başlayanda Tramp "Bilirsiniz, məncə, o, razılaşmaq istəyir. Bilirsinizmi? Nə qədər təəccüblü səslənsə də..."

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ Evdə görüş keçirilib.

İkitərəfli görüşdən sonra keçirilən üçtərəfli görüşdə Avropa liderləri də iştirak ediblər.

Chosen
46
2
news24.az

3Sources