Cənubi Koreyanın cənub-şərqindəki Çxondo şəhərində sərnişin qatarı Koreya Dövlət Dəmiryol Korporasiyasının (KORAIL) işçilərini vurub, iki işçi həlak olub, dörd nəfər ağır xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qatarda 89 sərnişin olub, onlar arasında xəsarət alanlar barədə hələlik məlumat verilmir. KORAIL-in məlumatına görə, işçilər Çxondoda son vaxtlar yağan güclü yağışlarla əlaqədar yoxlama aparırdılar. Rəsmilər qəzanın dəqiq səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıblar.