EN

Zelenskinin ərazi mübadiləsi ilə bağlı mövqeyi…

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsindən imtina etməyib. 

NOCOMMENT.az bildirir ki, bu barədə Avropa rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Onların sözlərinə görə, Zelenski mübadilə imkanını rədd etməyib, lakin “əhali köçürməyin çətin olacağını” vurğulayıb, həmçinin Ukrayna Konstitusiyasındakı qadağalara da toxunub. Eyni zamanda “proporsional mübadilələrə” icazə verdi.

Bundan əvvəl Zelenski ərazi məsələsinin onunla Rusiya lideri Vladimir Putin arasında müzakirə ediləcəyini bildirib.

Bir gün əvvəl WSJ xəbər vermişdi ki , Kiyev Rusiya ordusunun yeni bölgələr üzərində nəzarətinin tanınması məsələsinə baxmağa hazırdır. Eyni zamanda, öz məlumatlarına görə, Ukrayna Rusiya üçün bu ərazilərin hüquqi tanınmasını təmin etməyə hazır deyil.

Chosen
8
2
nocomment.az

3Sources