Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd edilib ki, Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən Bakı-Balakən-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı ma
rşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.