EN

Ermənistanın Yekaterinburqdakı konsulluğu fəaliyyətini dayandırıb

Ermənistanın Yekaterinburqdakı konsulluğu fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” respublikanın “Yekaterinburqda Konsulluq” adlı "WhatsApp" kanalına istinadən yayımlayıb.

Konsulluğun fəaliyyətinin dayandırılmasından əvvəl Yekaterinburqda Ermənistanın fəxri konsulu olan Narek Spartakyan vəzifəsindən azad olunub. Buna səbəb keçmiş konsulun Ermənistan Kilsəsini dəstəkləməsi olub.

"Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib", - kanalda gedən məlumatda bildirilib.

Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Chosen
17
6
apa.az

10Sources