EN

ƏƏSMN-ə yanvar-iyul aylarında müraciətlərin sayı açıqlandı

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətsahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilinyanvar-iyul aylarında 14,6 milyon müraciət edilib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, ölkənin sosial reyestri olan “e-sosial”portalından həmin dövrdə 9,3 milyon dəfə istifadə olunub, 156,3 mintəyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyatakeçirilib.

Qeyd edilib ki, son illərdə sosial sahədə icra olunan genişelektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 159xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial”portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

"Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazalarıilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular dadaxil olmaqla, cari ilin 7 ayı ərzində Nazirliyin e-sistemləriüzərindən sorğu, müraciət və xidmət sayı 299 milyon olub"-məlumatdabildirilib.

Chosen
40
7
az.trend.az

8Sources