EN

Mağazalarda mövsüm endirimləri: Geyimlər “su qiymətinə”

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda bir çox geyim mağazalarında mövsüm sonu endirimləri başlayıb. Şəhərin müxtəlif ticarət mərkəzlərində və küçə mağazalarında qiymətlər o qədər aşağı salınıb ki, bəzi məhsullar demək olar “su qiymətinə” təklif olunur.

Alıcıların sözlərinə görə, endirimlər əsasən yay kolleksiyasına şamil olunur. Köynəklər, donlar, ayaqqabılar və digər geyim növləri ilkin qiymətlərinə nisbətən 50-70 faiz daha ucuz satılır. Bəzi mağazalarda isə endirim 80 faizə qədər yüksəlib.

Satıcıların bildirdiyinə görə, məqsəd yeni mövsüm kolleksiyası üçün rəfləri boşaltmaqdır. Bu səbəbdən brend mağazalarda belə qiymətlər xeyli ucuzlaşıb. Endirimlərdən yararlanmaq istəyən alıcılar isə mağazalara axın edirlər. pizza sifarişi

Mütəxəssislər qeyd edir ki, bu dövr alış-veriş üçün ən münasib vaxtdır. Çünki payız kolleksiyası satışa çıxana qədər yay geyimlərini çox ucuz qiymətə əldə etmək mümkündür.

Hazırda mağazalarda 10 manata köynək, 20-30 manata ayaqqabı, 25-40 manata isə don tapmaq olar. Bu səbəbdən mövsüm sonu endirimləri həm gənclərin, həm də ailələrin ən çox maraq göstərdiyi alış-veriş fürsəti sayılır.

Aytac Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
yenisabah.az

2Sources