Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.
“Cebhenfo.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məbuatın yazğına görə, buna səbəb Ərşad Xankişiyevin “etnoseparatizm təbliğatı və Aleksey Navalnıya dəstək” ittihamı olub. Kremlin tənqidçisi, tanınmış müxalifətçi Aleksey Navalnı 2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə koloniyasında vəfat edib.
Xatırladaq ki, dünən Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov da həbs edilib.
Təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir.
İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, digər hissəsini,100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb.
Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq ifadə verməkdən imtina edib.
Diaspor lideri həbs olunub və onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir.
Y. Xəlilovun deportasiya edilməsi də ittiham aktına əlavə olunub.