Azərbaycan və Ukrayna yığma komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdı.
Azarkeşlər biletləri iTicket.az saytından və satış mənqələrindən əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da start götürəcək.