EN

18 yaşlı gənc sürüşərək gölə düşdü, öldü

Lənkəran rayonunun Tükəvilə kəndində 18 yaşlı gənc faciəvi şəkildə həyatını itirib.

Axar.az xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb.

Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
66
8
axar.az

10Sources