Referans xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb.
Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.