Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin dərc etdiyi Hökumətin Fəaliyyət Proqramı layihəsində deyilir.
Sənədə əsasən, 2025-ci ilin sentyabrında 5-ci klaster - "Resurslar, kənd təsərrüfatı və birlik siyasəti" üzrə rəsmi skrininq başa çatmalıdır.
Nazirlər Kabineti avqustun sonuna qədər 3-cü ("Rəqabətqabiliyyətlilik və inklüziv inkişaf"), sentyabrın sonuna qədər 4-cü ("Yaşıl nizam və davamlı əlaqə") və oktyabrın sonunadək 5-ci klaster üzrə danışıq mövqelərini təsdiqləməyi planlaşdırır.
Planlara əsasən, 2026-cı ilin sonuna qədər Ukrayna bütün bençmarkları yerinə yetirməli və hər bir klaster üzrə danışıq klasterlərini açmalıdır.