EN

Dünyada ən çox qızıl bu ölkələrdədir – Bəs Azərbaycan neçəncidir?

Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr strateji ehtiyatlarını, xüsusilə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində dünyanın ən çox qızıl ehtiyatına malik ölkələrinin siyahısı açıqlanıb. Siyahıya ABŞ başçılıq edir. ABŞ-in hazırda 8133 ton qızıl ehtiyatı var.

Ən çox ehtiyata malik digər ölkələr bunlardır:

Almaniya – 3351 ton, İtaliya – 2451 ton, Fransa – 2437 ton, Rusiya – 2330 ton , Çin – 2292 ton , İsveçrə – 1040 ton, Hindistan – 880 ton, Yaponiya – 846 ton, Türkiyə – 624 ton təşkil edir.

Azərbaycan isə 165 ton qızıl ehtiyatı ilə siyahıda 26-cı pillədə qərarlaşıb.

Bu göstəricilər qlobal bazarlarda qeyri-sabitlik fonunda ölkələrin qızıla olan marağının artdığını və qızılın hələ də etibarlı investisiya vasitəsi kimi qəbul edildiyini göstərir.

Chosen
42
6
konkret.az

7Sources