EN

Rusiyanın Azərbaycana məxsus enerji terminallarını vurması bununla bağlıdır – Seyidov vacib detalları açıqladı

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Səməd müəllim, Rusiya növbəti dəfə Ukrayna ərazisində Azərbaycanın enerji mənbələrini hədəf alıb. Sizcə, məqsəd nədir, Kreml bununla nə deməyə çalışır?
 
- Rusiya-Ukrayna müharibəsi yeni bir mərhələyə keçib. Bu mərhələdə aktiv danışıqlar, diplomatiya, xüsusilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri və digər məsələlər gündəmədədir. Biz bu mövzuları da qeyd etməklə o mesajı verməyə çalışırıq ki, ümumi kontekstdə Rusiya-Ukrayna müharibəsinin hansısa formada həlli Avropada və dünyada yeni bir geosiyasi arxitekturanın yaradılması ilə bağlıdır. Bu arxitektura daxilində isə Azərbaycanın vacib və əhəmiyyətli rolu var.
 
Hətta ötən gün Avropanın aparıcı ölkələrinin liderləri Trampın kabinetində Rusiya-Ukrayna müharibəsini müzakirə edərkən Amerika Prezidenti bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh istiqamətindəki danışıqlarını nümunə kimi təqdim etdi. Çünki bu gün Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımlar faktiki olaraq dünya üçün bir nümunə hesab edilir.
 
 
- Bəs rəsmi Bakının sülh mövqeyi kimləri narahat edir?
 
- Azərbaycanın sülh mövqeyi regiondakı ölkələr tərəfindən müxtəlif şəkildə qəbul edilir. Dünyada Cənubi Qafqazın və Azərbaycanın yeni rolu, Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyəti, çəkisi, sözsüz ki, müxtəlif dövlətlər tərəfindən fərqli qarşılanır. Regionda yerləşən xüsusi ilə böyük dövlətlərin narahatlığı məhz bununla bağlıdır.
 
 
- Rusiya güc nümayişi ilə nəyə nail olmaq niyyətindədir?
 
- Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji terminallarının Rusiya tərəfindən vurulması və ya buna oxşar digər məsələlər ölkəmizin artan rolunun yaratdığı reallığın, onun proseslərdə mövqeyinin qəbul edilib-edilməməsi ilə izah olunur. Bu, sözsüz ki, təkcə güc nümayişi deyil.
 
Azərbaycanın tamamilə başqa bir müstəvidə mövcudluğu məhz bu cür yanaşmaların ortaya çıxması ilə müşahidə edilir. Ümumi şəkildə onu deyə bilərik ki, bu, çox mürəkkəb və çətin bir məsələdir.
Chosen
88
1
moderator.az

2Sources