Bakı. Trend:
Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə545 183 borcalana 3,590 milyard manat kredit verilib.
Bu barədə Trend İKZF-dən məlumat əldə edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərinməbləği 581 milyon manata bərabər olub.
7 786 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “KreditZəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb vəonların hüquqi varisidir.