AZ

Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi məlum olub

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.

Bu barədə Trend İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

AzPost.az

Seçilən
49
9
azpost.info

10Mənbələr