Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ə.Bədəlov tutulub. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manat pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Teymurxanov saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.