AZ

Polis mağazadan pul oğurlayan şəxsi saxladı

Bakı. Trend:

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininəməxsus mağazadan 700 manat pul oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdəşübhəli bilinən 25 yaşlı Ə.Bədəlov tutulub.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindənkeçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manatpul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Teymurxanovsaxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
95
7
az.trend.az

9Mənbələr