EN

Sergey Lebedev: “MDB Ermənistanla Azərbaycan arasında sülh sazişinə ümid edir”

MDB ümid edir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

“Bir vaxtlar birlik ölkələrində biz hamımız Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin imzalanmasını məmnunluqla qəbul etdiyimiz kimi, indi də bu birgə bəyannamənin imzalanmasından çox məmnunuq. Hesab edirik ki, bu, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının yekun həlli və sülh müqaviləsinin əldə olunması yolunda mərhələlərdən biridir”, – deyə o vurğulayıb.

Lebedev əlavə edib ki, sülh sazişi bu respublikaların ərazisində MDB-nin ali orqanlarının daha tamhüquqlu iclaslarının keçirilməsinə imkan verəcək.

O, həmçinin qeyd edib ki, MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası sentyabrın 29-da keçiriləcək.

Daha əvvəl MDB Hökumət Başçıları Şurasının sentyabrın 30-da Minskdə keçiriləcəyi bildirilmişdi. Gündəliyə 14 məsələnin və 25 sənəd layihəsinin, o cümlədən, MDB-nin 2026-2030-cu illər üçün iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi planının daxil ediləcəyi gözlənilir.

Oxu.az

Chosen
10
1
editor.az

2Sources