Avqustun 19-da Ermənistan və İran arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bu, İran prezidenti Məsud Pezeşkiyanın Ermənistana səfəri zamanı baş verib.
O cümlədən, Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında 2025-2027-ci illər üçün anlaşma memorandumu, Ermənistan İqtisadiyyat Nazirliyi ilə İranın Standartlaşdırma üzrə Milli Təşkilatı arasında standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. pizza
Ermənistan və İran 2025-2029-cu illər üçün peşə təhsili və təlimi sahəsində əməkdaşlıq, şəhərsalma sahəsində əməkdaşlıq, muzey əməkdaşlığı, tibbi cihazların tənzimlənməsi, kino sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıblar.
Bundan əlavə, tərəflər Ermənistan Milli Arxivi ilə İran Milli Kitabxanası və Arxivləri arasında anlaşma memoranduma imza atıb.
Telegram kanalımız