EN

Petro Poroşenko: Ağ Evdə baş verənlər Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir

Ağ Evdə baş verənlər sadəcə liderlərin görüşü, yaxud tək Avropa, ABŞ və Ukraynanın iştirak etdiyi sammit yox, həm də azadlıq, demokratiya və Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir.

Aktual.az -ın məlumatına görə, bunu Ukraynanın eks-prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri, deputat Petro Poroşenko Ali Radanın avqustun 19-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, avqustun 18-də Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi:

"Dünya aydın şəkildə başa düşməlidir: ərazi güzəştləri tabudur. Bu, beynəlxalq hüququn məhvidir. Mən fəxr edirəm ki, məhz bu tribunadan Ali Rada mənim Ukraynanın Aİ və NATO-ya istiqamətli kursunun konstitusiyada təsbit edilməsi təklifimi dəstəklədi. Putinin heç vaxt Ukrayna üçün taleyüklü dəyişikliklərə veto qoymaq hüququ olmayacaq. Bu, dövlətimizin strateji kursudur. Ancaq yadda saxlamalıyıq: Putinə təkcə Donbas yox, bütün Ukrayna lazımdır. Ona görə də ordumuzun ixtisarını, rus dilinə rəsmi status verilməsini, rus kilsəsinin "qorunması"nı tələb edir".

P.Poroşenko qeyd edib ki, Ukrayna dövlətinin əsas vəzifəsi ordunu, dili və inamı qorumaqdır:

"Çünki onlar Ukrayna dövlətçiliyinin əsasıdır. Əgər Putin dayanmaqdan imtina edərsə, cavab "B planı” olmalıdır: daha çox silah, daha çox maliyyə yardımı, daha çox sanksiyalar, NATO və Aİ-yə açılan qapılar olmalıdır".

O, Ukrayna Prezidentinin Ali Radaya dəvət edilməsini zəruri sayıb:

"Biz bilməliyik ki, Vaşinqton danışıqlarında nə baş verdi və bundan sonra necə birlikdə hərəkət edəcəyik?!"

Chosen
39
7
ulusum.az

8Sources