EN

Estoniya hökuməti vətəndaşlarını Rusiyaya səfərdən imtina etməyə çağırıb

Estoniya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərdən tamamilə çəkinməyi tövsiyə edir.

Herbiand.az xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

"Son vaxtlar XİN-ə və Estoniyanın Moskvadakı səfirliyinə vətəndaşların Rusiya güc strukturlarının diqqət mərkəzində olması ilə bağlı bir neçə hal barədə məlumatlar daxil olub. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına ölkədə qalmağın zəruriliyini diqqətlə ölçüb-biçmək tövsiyə olunur", - deyə XİN-in konsulluq şöbəsinin baş direktoru Tiyna Nirk bildirib.

XİN, həmçinin ölkə vətəndaşlarına Estoniyaya mümkün qədər tez qayıtmağı tövsiyə edir.

Nirk xatırladıb ki, Estoniyanın Rusiyadakı yeganə nümayəndəliyi Moskvada yerləşir və digər Aİ ölkələrinin oradakı diplomatik missiyalarının sayı da əhəmiyyətli dərəcədə azalıb. Buna görə də zəruri hallarda konsulluq yardımı almaq son dərəcə çətin və bahalı ola bilər.

Chosen
27
8
herbiand.az

10Sources