Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb...
Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.
“Report” “Dawn” portalına istinadən xəbər verir ki, bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub. Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.
"Proqnozlara görə, yağışlar avqustun 21-dək davam edəcək", - idarənin rəsmi nümayəndəsi Ənvər Şahzad bildirib.
Poliqon.info