BAKI, TurkicWorld, Zeynəb Raminqızı
Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.
TurkicWorld xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub.
Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.