EN

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3 faizə yaxın azaldı

BAKI, 19 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 188,9 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbə verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb.

Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalıb. Azərbaycan vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Chosen
23
7
teleqraf.com

10Sources