EN

Azərbaycan müharibənin ilk günlərindən xalqımıza dəstək göstərib - Ukrayna səfirliyi

Bakı.Trend:

Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərənAzərbaycana, onun rəhbərliyinə və bütün xalqına minnətdarıq.

Trend xəbərverir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi ÜmumdünyaHumanitar Yardım Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşımedib.

"Bu gün – Ümumdünya Humanitar Yardım Günü münasibətilə, biz ənçətin zamanlarda insanlığı qoruyan və dəstəkləyənləri anırıq.

Ukrayna üçün bu gün müharibə səbəbindən xüsusi məna kəsbedir.

Beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznesinvə Ukrayna ilə həmrəylik göstərən sadə insanların humanitar dəstəyiqarşıdakı çətinlikləri dəf etməyimizə imkan verir.

Xüsusi təşəkkürümüzü dost Azərbaycanа bildiririk. Xüsusiləenergetika sahəsində humanitar yardım, eləcə də müharibədən zərərçəkmiş uşaqlar üçün reabilitasiya və sağlamlaşdırma proqramlarıüçün səmimi təşəkkür edirik.
Dəstəyinizə görə sizə təşəkkür edirik!", - paylaşımda qeydolunub.

Məqalədə:
Chosen
65
24
az.trend.az

10Sources