BAKI, TurkicWorld
Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən Azərbaycana, onun rəhbərliyinə və bütün xalqına minnətdarıq.
TurkicWorld xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi Ümumdünya Humanitar Yardım Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün – Ümumdünya Humanitar Yardım Günü münasibətilə, biz ən çətin zamanlarda insanlığı qoruyan və dəstəkləyənləri anırıq.
Ukrayna üçün bu gün müharibə səbəbindən xüsusi məna kəsb edir.
Beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznesin və Ukrayna ilə həmrəylik göstərən sadə insanların humanitar dəstəyi qarşıdakı çətinlikləri dəf etməyimizə imkan verir.
Xüsusi təşəkkürümüzü dost Azərbaycanа bildiririk. Xüsusilə energetika sahəsində humanitar yardım, eləcə də müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya və sağlamlaşdırma proqramları üçün səmimi təşəkkür edirik.
Dəstəyinizə görə sizə təşəkkür edirik!", - paylaşımda qeyd olunub.