EN

7 ayda Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib?

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın182 ölkəsindən 1477,9 min və ya əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxsgəlmişdir. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faiziTürkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi SəudiyyəƏrəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faiziPakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail vəÖzbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faiziUkrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqlaBelarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşlarıolmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlartəşkil etmişdir.

Bu barədə Trend Dövlət Staistika Komitəsinə istinadən məlumatverir.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandangələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə,Yaponiyadan - 42,9 faiz, Qırğızıstandan - 36,0 faiz, İordaniyadan -28,7 faiz, Qazaxıstandan - 20,6 faiz, Özbəkistandan -19,8 faiz,Niderlanddan -16,3 faiz, Pakistandan - 16,1 faiz, Kanadadan - 15,8faiz, ABŞ-dan - 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan -10,9 faiz, Cənubi Koreyadan - 10,8 faiz artmışdır.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədəAvropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faizazalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faizazalaraq 522,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayıisə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil etmişdir.

"Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniznəqliyyatından istifadə etmişdir.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrəgedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,8 faizazalaraq 1188,9 min nəfər olmuşdur. İrana gedən AzərbaycanRespublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərinsayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, RusiyaFederasiyasına gedənlərin sayı isə 28,5 faiz azalmışdır. AzərbaycanRespublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faiziRusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizinikişilər, 35,3 faizini qadınlar təşkil etmişdir",- məlumatda qeydolunub.

Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında xarici ölkələrəsəfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava,28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniznəqliyyatından istifadə etmişdir.

Chosen
23
5
az.trend.az

10Sources