EN

Bekhem ailəsində növbəti gərginlik: Övladlarının nikah mərasiminə dəvət edilmədilər

Əfsanəvi futbolçu Devid Bekhemin 26 yaşlı oğlu Bruklin Nikola Peltz ilə ikinci nikah mərasiminə valideynlərini dəvət etməyib.

Publika.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bekhem ailəsinin böyük oğlu 30 yaşlı həyat yoldaşı ilə avqustun əvvəlində Peltz ailəsinin əhatəsində evlilik vədlərini yeniləyiblər. Bekhemin valideynləri mərasimdə iştirak etməyib. Məlum olub ki, Bruklin qonaqlar qarşısında çıxış edərkən anası və atasını xatırlamayıb. Lakin o, Nikola Peltzin valideynlərinə və bütün ailəsinə təşəkkürünü bildirib.

“Mərasim zamanı Bruklin səmimi danışırdı. Onun ürəyində Nikola var, onu çox sevir və valideynləri ilə münasibətlərində çətin dövrdə ona dəstək olan Peltz ailəsinə minnətdarlığını bildirmək istəyirdi”, - deyə mənbə qeyd edib.

Chosen
65
publika.az

1Sources