EN

Xəzər İbrahim: "Sülh gətirmək istəyən bir dünya lideri meydana çıxdı"

Rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də Cənubi Qafqaz regionunun çiçəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Washington Examiner"ə müsahibəsində deyib.

"Biz (Azərbaycan - red.) strateji yanaşma gördük. Təbii ki, Prezident Tramp əsl lider və əsl sülhməramlıdır. Məhz buna görə də ilk vaxtlardan onun seçilməsindən sonra biz əmin idik ki, təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişafın təmin edilməsi üçün səylər göstəriləcək", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Bakı və İrəvan üç ilə yaxındır ki, sülh sazişi istiqamətində çox səmərəli iş görüblər.

Chosen
69
2
publika.az

5Sources