EN

ABŞ prezidenti: Zelenski sülh danışıqlarında daha çevik davranmalıdır

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqlarına münasibət bildirib.

Editor.az xəbər verir ki, o Fox News-a açıqlamasında Kiyevin bu prosesdə çeviklik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Tramp qeyd edib ki, ilk görüşdə şəxsən iştirak etməyi planlaşdırmır, lakin Volodimir Zelenski və Vladimir Putinin razılığa gələ biləcəyinə inanır.

“Düşünürəm ki, Putin və Zelenski bir-birlərini mənim gözlədiyimdən bir qədər yaxşı anlayırlar. Onların heç vaxt ən yaxın dost olmayacaqlarını desəm də, münasibətləri kifayət qədər normaldır”, – deyə Tramp bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
41
editor.az

1Sources