EN

Mirzoyan Əraqçı ilə bu məsələləri müzakirə etdi

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfəri çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçı və erməni həmkarı Ararat Mirzoyan İrəvanda görüş keçiriblər.

Publika.az xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa dair hərtərəfli sənədin hazırlanmasının vacibliyini vurğulayıblar. Siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Nazirlər, habelə regional və beynəlxalq proseslərə dair fikir mübadiləsi apararaq, nəqliyyat, ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi üzrə birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Chosen
38
3
publika.az

4Sources