Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hakimiyyet.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.