Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
***
Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
***
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
***
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini 15 yaşlı A.Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev