EN

Nə vaxta kimi etibar edəcəklərsə, burada olub öz işimizi görəcəyik Elmar Baxşıyev

ain.az bildirir, Sportal.az portalına istinadən.

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun son matçında "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarıını cavablandırıb:

"Oyun gərgin alındı. Düşünürəm ki, 1 xal da bizim üçün xeyirlidi. Turlar keçdikcə özgüvənimizin daha da artacağına inanıram"

- Omoniya ilə matçdan sonra rəhbəriklə sizin aranızda bir söhbət oldu? Ümumi olaraq avrokuboklardakı çıxışdan razı qaldıqlarını bildirmişdilər...

- Əlbəttə ki, "Omoniya" ilə matçdan sonra bizə təşəkkür etməməlidirlər. Öz iradlarını hər zaman bildirə bilərlər. Bunu normal qarşılamaq lazımdır. Komanda olaraq çox çalışdıq növbəti mərhələ üçün. Amma alınmadı. Bunu da komandanın təcrübəsizliyi ilə əlaqələndirmək olardı. Bizim üzərimizdə minimum vəzifə nə idisə onu yerinə yetirməyə çalışdıq. Bu məğlubiyyətlər düzgün yanaşılanda bizim faydamıza olacaq. Məşqçi işi daimi deyil. Nə vaxta kimi etibar edəcəklərsə, burada olub öz işimizi görəcəyik.

- Həmin məğlubiyyətdən sonra komandanı toparlamaq sizə çətin olmadı?

- Təbii ki, məğlubiyyət psixioloji baxımdan çətindir. Sevindirici haldır ki, komandam bərkdir. Daha yaxşısını edə bilərik. Bunu bildiyimiz üçün də komanda şəklində iddiamızı ortaya qoyacağıq.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
5
sportal.az

7Sources