EN

Burak Yılmazın yeni klubu bəlli oldu

“Qaziantep” klubunun yeni məşqçisi bəlli olub. Metbuat.az xəbər verir ki, İsmet Taşdemiri istefaya göndərən klub rəhbərliyi onun yerinə Burak Yılmazı təyin edib. Məlumata görə, tərəflər müqaviləyə imza atıb. Klubun açıqlamasında "Qaziantep”in məşqçi Burak Yılmaz ilə mövsümün sonuna qədər anlaşdığı qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Burak Yılmaz “Beşiktaş”, “Kasımpaşa” və “Kayserispor” klublarında məşqçi köməkçisi vəzifələrini icra edib.

Chosen
90
metbuat.az

1Sources