EN

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana göndərilib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.

Uşaqlar avqustun 19-da Kiyevdən Azərbaycan səfirliyinin dəstəyi ilə yola düşüblər.

Bakıya göndərilən uşaqlar Ukraynanın Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindəndir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər. 

İndiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.

Chosen
20
3
anews.az

10Sources