
Gəncədə 15 yaşlı oğlan öldürülüb.
Hadisə şəhərin Dəmiryol Vağzalı yaxınlığında qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb(Repor).
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü A.Hətəmov polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.