EN

6000-dən çox tələbənin vizası ləğv edildi

ABŞ Dövlət Departamenti 6000-dən çox tələbə vizasını ləğv edib.

Hakimiyyet.az xəbər verir ki, Tramp administrasiyası 6000-dən çox tələbə vizasını “terrorçuluğu dəstəkləmək” də daxil olmaqla qanunları pozduğuna görə ləğv edib.

Bu addım, Dövlət Departamentinin immiqrasiyaya qarşı sərt tədbirlərdə tələbə vizalarına xüsusilə sərt yanaşması, sosial media yoxlanışını sərtləşdirməsi və yoxlamanın genişləndirilməsi ilə əlaqədardır.

Dövlət Departamenti  viza verilərkən ABŞ-a düşmən kimi qəbul edilə bilən, yaxud da keçmişdə siyasi fəal olan ərizəçilərə qarşı ayıq-sayıq olmağı tapşırıb.

Chosen
86
14
hakimiyyet.az

10Sources