EN

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş" səfərində inamlı qələbə qazanıb

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

“İki sahil” xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Chosen
72
14
ikisahil.az

10Sources