Hava gəmilərinin radiolokasiya tanıma qurğuları işə salınmadan uçuşu qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Quraşdırılması nəzərdə tutulmayan və ya təmir olunmayan qurğulara malik hava gəmilərinin uçuşu xüsusi hallarda HHX orqanlarından icazə ilə mümkündür.
Hər bir belə uçuş sorğusu konkret halda şərtlərlə təmin edilir.
Bu, hava məkanında tanınma və təhlükəsizlik proseslərinin yüksək səviyyədə saxlanmasına xidmət edir.