EN

Çempionlar Liqası: “Qarabağ”dan Macarıstanda möhtəşəm qələbə

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a (Macarıstan) qalib gəlib.
Tribunainfo.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.
İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə “status-kvo”nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina “köhlən atlar”ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
Çempionlar Liqası
Pley-off, ilk oyun
19 avqust
Ferensvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
Qollar: Barnabas Varqa, 29 – Marko Yankoviç, 50. Kevin Medina, 67. Musa Qurbanlı, 85.
Ferensvaroş: 90. Denes Dibuş (k), 3. Stefan Qartenmann, 19. Barnabas Varqa, 22. Qabor Szalai, 23. Bens Ötvös, 25. Cebrailes Makrekis, 28. Tun Raemaekers, 36. Qabi Kaniçovsk, 47. Kallum O’Dovda, 64. Aleks Tof, 75. Lenni Cosef.
Ehtiyat oyunçular: 63. Daniel Radnoti (q), 99. David Qrof (q), 5. Nabi Keyta, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 10. Conatan Levi, 16. Kristoffer Zakariassen, 21. Endre Botka, 27. İbrahim Sisse, 30. Zsombor Qruber, 33. Kadu, 77. Barnabas Nagi.
Baş məşqçi: Robbi Kin.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 97. Fabian Buntiç (q), 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya).
Budapeşt, “Groupama Arena”.
Chosen
36
20
tribunainfo.az

10Sources