AZ

“Qarabağ” Macarıstanda “Ferentsvaroş” üzərində inamlı qələbə qazandı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a (Macarıstan) qalib gəlib.

KONKRET.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə “status-kvo”nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina “köhlən atlar”ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
20
konkret.az

10Mənbələr