EN

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa hökuməti Azərbaycana yeni səfir təyinatını təsdiqləyib.

Bakues.az xəbər verir ki, bu barədə Fransa səfirliyinin rəsmi sosial media hesabından məlumat yayılıb.

Məlumata görə, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.

“Fransaya, onun maraqlarına və vətəndaşlarına Azərbaycanda səfir kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun işini davam etdirərək yerinə yetirəcəyəm. Fransa səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyətli bu regionda Fransa-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – diplomat səfirliyin “X” səhifəsində bildirib.

Chosen
45
31
icma.az

10Sources