AZ

Fransa Azərbaycana yeni səfir təyin etdi

Fransa hökuməti Azərbaycana yeni səfir təyinatını təsdiqləyib.

 

Bu barədə Fransa səfirliyinin rəsmi sosial media hesabından məlumat yayılıb.

 

Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.

 

"Fransaya, onun maraqlarına və vətəndaşlarına Azərbaycanda səfir kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun işini davam etdirərək yerinə yetirəcəyəm. Fransa səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyətli bu regionda Fransa-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - diplomat səfirliyin "X" səhifəsində bildirib.

 

 

Tarix: 20 Avqust 2025, 07:00   
Seçilən
21
1
pravda.az

10Mənbələr