EN

Siyasi-şərhçi: SOCAR obyektlərinə zərbələr Moskvanın siyasi mesajı kimi qəbul edilməlidir...

Azərbaycan-Rusiya münasibətləri son həftələrdə yeni gərginlik mərhələsinə qədəm qoyub...

Kamran Məmmədli: “İlk növbədə, Moskva Cənubi Qafqazda geosiyasi təsir imkanlarının zəiflədiyini görür və Bakı üzərində təzyiq mexanizmlərini sərtləşdirməklə mövqelərini qorumağa çalışır”.

“Xüsusən də, Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən yekun həlli , Vaşinqtonda sülh sazişinin mətninin paraflanması, daha öncə rus sülhməramlılarının bölgədən çıxarılması Kremlin regional təsirini ciddi şəkildə daraldıb”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiya-Azərbaycan münasibətlərinin Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan-Rusiya münasibətləri son həftələrdə yeni gərginlik mərhələsinə qədəm qoyub. Kremlə bağlı təbliğat ruporlarının Bakını “xüsusi hərbi əməliyyat”la hədələməsi bu münasibətlərdə görünməmiş ritorikadır. Həmçinin Rusiya SOCAR-ın Ukraynadakı mülklərinə dron zərbələri endirib. Bundan başqa dünən daha bir azərbaycanlı diaspor rəhbəri Rusiyda həbs olunub.

Bəs, Rusiyanın bu təhdidlərinin davam etməsinin əsas səbəbləri nədir və Kremlin rəsmi Bakıya qarşı bu davranışları hansı nəticələr doğura bilər?

Rusiyanin rəsmi Bakıya qarşı təhdidlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Moskvanın təhdid ritorikasına gəlincə , deyə bilmərəm ki, Azərbaycan bundan öncəki balanslı siyasətinə uyğun addımlar atmalıdır”.

Çox sərt ritorikanın nəticəsi olaraq Rusiyanın Ukraynaya, daha öncə isə Gürcüstana hücum etdiyini xatırladan politoloq Poliqon- açıqlamasında qeyd edib ki, lakin Ermənistan , Moldova kimi ölkələr daha yumşaq uzaqlaşmaq yolunu seçməklə hücumdan qorunmaqdadırlar:

“İlk növbədə, Moskva Cənubi Qafqazda geosiyasi təsir imkanlarının zəiflədiyini görür və Bakı üzərində təzyiq mexanizmlərini sərtləşdirməklə mövqelərini qorumağa çalışır. Ümid edir ki, bəlkə bu təziq nəticəsində Azərbaycan geri addım atacaq. Xüsusən də, Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən yekun həlli , Vaşinqtonda sülh sazişinin mətninin paraflanması, daha öncə rus sülhməramlılarının bölgədən çıxarılması Kremlin regional təsirini ciddi şəkildə daraldıb.

Bu kontekstdə təbliğat ritorikası, diaspor nümayəndələrinin həbsi və iqtisadi hədəflərə, xüsusən SOCAR obyektlərinə zərbələr Moskvanın siyasi mesaj vermək alətləri kimi istifadə olunur.

Eyni zamanda Azərbaycanın balanslı xarici siyasəti fonunda Qərblə, Türkiyə ilə və xüsusilə də Ukrayna ilə münasibətlərin yaxşı olması da Rusiyanı narahat edir. Bakı enerji resursları və nəqliyyat dəhlizləri sahəsində Avropanın strateji tərəfdaşına çevrilir bu isə Rusiyanın maraqlarına ziddir. Lakin Rusiya unudur ki, Azərbaycan sözün həqiqi mənasında müstəqil ölkədir və istədiyi ölkə ilə strateji əməkdaşlıqlar qura bilər, sazişlər bağlaya bilər.

Kamran Məmmədli: “Bizim hazırki atdığımız addımlar tam adekvat və balanslıdır”.

Moskvanın təhdid ritorikasına gəlincə , deyə bilmərəm ki, Azərbaycan bundan öncəki balanslı siyasətinə uyğun addımlar atmalıdır. Nə çox sərt cavabla Rusiyanı qıcıqlandırmamalı, nə də çox yumşaq davranmamalıyıq. Unutmayaq ki, çox sərt ritorikanın nəticəsi olaraq Rusiyaya Ukraynaya, daha öncə isə Gürcüstana hücum etmişdi. Lakin Ermənistan, Moldova kimi ölkələr daha yumşaq uzaqlaşmaq yolunu seçməklə hücumdan qorunurlar .

Hesab edirəm ki, bizim hazırki atdığımız addımlar tam adekvat və balanslıdır. Bu templə də öz mövqeyimizi müdafiə etməliyik deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
58
poliqon.info

1Sources