EN

Talibandan supergüclərə mesaj: Düşmənçilik mövqeyi...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Taliban Rusiya, ABŞ və Çinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Amu TV” məlumat yayıb.

Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid adıçəkilən ölkələri regionda hərbi rəqabətdən imtina etməyə və bunun əvəzinə ölkənin iqtisadiyyatına sərmayə yatırmağa çağırıb.

Mücahidin sözlərinə görə, Əfqanıstan hakimiyyəti başqa ölkələrə qarşı düşmənçilik mövqeyində deyil və İslam şəriətinə əsaslanan mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə çalışır.

“Nə ruslar, nə də çinlilər Əfqanıstanın ABŞ-ın əmri ilə onlara qarşı hərəkət edəcəyinə və ya ərazisinin onlara qarşı istifadəsinə icazə verəcəyinə inanır. Amerikalılar da inanmır ki, Rusiya və ya Çin bu ərazilərdən onlara qarşı istifadə etsin. Gəlin ticarət edək”, – deyə Mücahid vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, Əfqanıstan tarixində müstəqilliyin itirilməsi halları var, lakin o, Taliban hərəkatının hakimiyyətə gəlməsini “müstəqilliyin yeni forması” adlandırıb. O, beynəlxalq ictimaiyyəti ölkənin daxili işlərinə qarışmamağa, əfqan xalqını xarici təhlükələrə və daxili qarşıdurmalara qarşı birləşməyə çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources