EN

Leyla Abdullayeva Fransanın yeni səfirinin dövründə Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümid bəslədiyini bildirib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

"Report"un xəbərinə görə, bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb.

"Hörmətli həmkarım Sofi Laqotu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - L.Abdullayeva vurğulayıb.

Chosen
89
11
report.az

10Sources